İki boksçumuz “Strandja” turnirində mərhələ adladı

İdman

27.02.2025 11:41

2833

Bolqarıstanda boks üzrə beynəlxalq “Strandja” turniri keçirilir.   

TodayPress xəbər verir ki, Sofiya turnirinə Azərbaycan millisinin daha 2 boksçusu qələbə ilə start verib.  Mirşərif Kazımzadə (75 kq) irlandiyalı Qavin Raffertini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesabı ilə məğlub edib. 

Sərxan Əliyev (71 kq) isə döyüşmədən mərhələ adlayıb. Gürcüstanlı Əsgərxan Madiyev turniriə qatılmayıb.   

Qeyd edək ki, “Strandja” turnirinə martın 2-də yekun vurulacaq.   

Namiq HUN

tag: Boks,Turnir,Mərhələ,Strandja,Todaypress.az,