İki boksçumuz mundialın bürünc medalını təmin etdi

İdman

30.10.2024 11:40

Gənc boksçuların Monteneqroda keçirilən dünya çempionatında 1/4 final mərhələsinin görüşləri baş tutub.

TodayPress xəbər verir ki, Azərbaycan millisinin 2 boksçusu adını yarımfinal mərhələsinə yazdırıb.

Bilalhəbaşi Nəzərov (48 kq) Angel Sober Ruisi (Kuba) 4:1 hesabı ilə məğlub edib. O, yarımfinalda Osman Çadqurla (Mərakeş) döyüşəcək.

Əli Abdullayev (63,5 kq) də 1/4 final görüşünü qələbə ilə başa vurub. O, Emmanouil Fotiadisdən (Yunanıstan) üstün olub 5:0. Abdullayev finala aparan yolda Camel Cemmalla (Fransa) yarışacaq. 

Hər iki boksçumuz yarımfinala yüksəlməklə dünya çempionatının bürünc medalını təmin ediblər.

Namiq HUN

tag: Boks, Azərbaycan,Bilalhəbaşi Nəzərov,Əli Abdullayev, todaypress.az,