İki boksçumuz mundialın baş mükafatı uğrunda döyüşəcək

İdman

01.11.2024 10:00

Monteneqroda gənc boksçuların dünya çempionatı davam edir.

TodayPress xəbər verir ki, Azərbaycan yığma komandasının iki üzvü finala yüksəlib. 

Bilalhəbaşi Nəzərov (48 kq) yarımfinalda Osman Çadqurla (Mərakeş) qarşılaşıb. Döyüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə baş çatıb. Bilalhəbaşi finalda özbəkistanlı Safyiddin Sabirovla döyüşəcək.

Əli Abdullayev (63,5 kq) də həlledici mərhələyə adını yazdırıb. Boksçumuz yarımfinalda Camel Cemmala (Fransa) 4:1 hesabı ilə qalib gəlib. O, qızıl medal uğrunda görüşdə Abdulaziz Jurakulovla (Özbəkistan) döyüşəcək.

Zidan Hümbətov (51 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) isə mübarizəni yarımfinalda dayandırıblar. Bu nəticə onlara dünya çempionatının bürünc medalını qazandırıb.

 Aynur Mikayılovanın (57 kq) da Budva turnirindən qazancı bürünc medal olub. O, gənc boksçu qızlar arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.

Namiq HUN


tag: Boks, Azərbaycan, Mundialin, Budva, todaypress.az,