İkardinin müqaviləsi dəyişdiriləcək

İdman

09.11.2024 13:25

“Qalatasaray” klubunun hücumçusu Mauro İkardinin müqaviləsi dondurula bilər.

TodayPress “Milliyet”ə istinadən xəbər verir ki, zədə səbəbindən mövsümü erkən bitirən futbolçunun Türkiyə çempionatında legioner limiti tələbini qarşılamaq üçün müqaviləsində dəyişiklik edilməsi gözlənilir.

İstanbul təmsilçisinin rəhbərliyi qış “transfer pəncərəsi”ndə heyətə yeni hücumçu qatmağı planlaşdırır.

Qeyd edək ki, İkardi UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Tottenhem”ə qarşı (3:2) matçında çarpaz bağlarından zədə alıb.


Namiq HUN

tag: İdman, Qalatasaray, Mauro İkardi, UEFA, Futbol, todaypress.az,