İkardi "Qalatasaray"dan ayrılacaq - İDDİA

İdman

10.10.2024 19:00

1823

"Qalatasaray"ın hücumçusu Mauro İkardi komandadan ayrıla bilər.

TodayPress xəbər verir ki, argentinalı futbolçunun karyerasını ölkəsində davam etdirəcəyi ehtimal edilir.

Argentinanın "River Pleyt" klubu 31 yaşlı forvardı transfer etmək istəyir. Buenos-Ayres təmsilçisi bu məqsədlə ulduz futbolçu üçün Türkiyə klubu ilə danışıqlar aparacaq.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində 10 matça çıxıb. O, bu görüşlərdə 3 qol vurub və 2 məhsuldar ötürmə edib. İkardinin İstanbul təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Namiq HUN

tag: Qalatasaray,Mauro İkardi,River Pleyt,Argentina,Buenos-Ayres,todaypress.az,