IJF ən yaxşıları müəyyən edir
İdman
26.12.2024 15:50
Beynəlxalq Cüdo Federasiyası (IJF) nominasiyalar üzrə ilin ən yaxşılarını müəyyənləşdirilməsinə 15 gün qalıb.
TodayPress xəbər verir ki, bu məqsədlə səsvermə yolu ilə müxtəlif nominasiyalar üzrə sorğu keçirilir.
Olimpiya və dünya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) ilin cüdoçusu adı uğrunda mübarizə aparırlar. Azərbaycan idmançıları səsvermədə Hifume Abe, Takanori Naqase (hər ikisi Yaponiya), Teddi Riner (Fransa), Laşa Bekauri (Gürcüstan) və Eldos Smetov (Qazaxıstan) ilə mübarizə aparırlar.
Bundan başqa Azərbaycan daha dörd nominasiya üzrə səsvermədə təmsil olunur.
“İlin məşqçisi” adına namizədlər arasında sorğuda kişil cüdoçulardan ibarət komandanın məşqçisi Rixard Trautman da yer alıb.
Yeniyetmələr arasında dünya çempionu Nihad Məmişov “Parlamaqda olan ulduz” nominasiyasında namizəddir.
“İlin İpponu” nominasiyasında cüdoçular Turan Bayramov və Zelim Tskayevin fəndləri də var.
“Uşaqlar üçün cüdo” nominasiyasında namizədlər arasında Azərbaycan Cüdo Federasiyasının “Uyğunlaşan cüdo” layihəsi yer alıb.
Dünya cüdosunda ilin qalibləri mükafatlarını fevralın 1-2-də Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində alacaqlar.
Namiq HUN
tag: Cüdo, Federasiya ,Azərbaycan ,Məşqçi, todaypress.az,