IJF cüdoçuların sorğusuna start verdi

İdman

30.04.2025 14:42

5

Beynəlxalq Cüdo Federasiyası (IJF) Dünya turunda daha çox medal qazanan cüdoçu ilə bağlı sorğu keçirir.   

TodayPress xəbər verir ki, IJF-nin siyahısında Rüstəm Orucovun da adı var. 

Azərbaycanlı cüdoçu karyerası ərzində beynəlxalq arenada 10 qızıl, 11 gümüş və 20 bürünc medal qazanıb.

Orucov Olimpiadanın gümüş mükafatçısı, 2 dəfə dünya çempionatlarının gümüş medalçısı və Avropa çempionatının qalibi olub. 

Qeyd edək ki, IJF-nin siyahısında ikiqat olimpiya çempionu çexiyalı Lukas Krpalek (25-12-23) və macarıstanlı dünya çempionu Kristian Tothun (10-18-20) kimi məşhur adlar da var.   

Namiq HUN

tag: İJF,Cüdo,Sorğu,Yarəş,Todaypress.az,