III MDB Oyunlarının simvolları açıqlandı
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları məlum olub.
TodayPress xəbər verir ki, enerjili, mehriban Bəbir və Leyla oyunların simvollarıdır.
Bəbir Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini təcəssüm etdirir.
Bu nadir heyvan ölkəmizin füsunkar guşələrində qədim dövrlərdən bəri məskunlaşıb.
Qeyd edək ki, bəbir Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün qorunmasını əhatə edən "Böyük beşlik" Proqramına, Azərbaycan Respublikasının "Qırmızı Kitabına və sayı "kritik həddə olan növ" kateqoriyası altında Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilib.
Xatırladaq ki, sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək yarışlar 23 idman növünü əhatə edəcək. Oyunlar Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə təşkil ediləcək.
Namiq HUN
tag: MDB,Simvollar,Bəbir,Leyla,Todaypress.az,