III Liqada rekord: 40 min bilet satıldı
İdman
16.09.2024 16:18
Futbol üzrə Türkiyə III Liqasında "Bursaspor" "Plevnespor"u qəbul edib.
TodayPress xəbər verir ki, qarşılaşma azarkeşlər tərəfindən böyük marağa səbəb olub.
Bursanın “Yüzüncü Yıl Atatürk” stadionunda baş tutan matça 40 min bilet satılıb.
Bununla bursalı futbolsevərlər III Liqada tamaşaçı rekordu qırıblar.
Qeyd edək ki, matç “Bursaspor”un (3:0) qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Liqa, Türkiyə, Bursaspor ,Plevnespor ,Azarkeşlər ,Rekord ,todaypress.az,