IFFHS klubların reytinqini açıqladı

İdman

11.03.2025 12:43

1346

 Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) dərc etdiyi reytinq cədvəlində planetin 501 komandası yer alıb.   

TodayPress xəbər verir ki, Azərbaycan siyahıda 3 klubla təmsil olunub. 

Ötən ayla müqayisədə 16 pillə geriləyən “Qarabağ” 147.75 xalla dünyanın 103-cü komandasıdır.   

11 pillə geri düşən “Zirə” 98.25 xalla sıralamanın 219-cu komandasıdır.   

Yeni reytinqdə təkcə “Sabah” klubu 61 pillə irəliləyib. Aktivində 68.5 xalı olan paytaxt təmsilçisi 353-cü pilləyə yüksəlib.   

Ötən ay siyahıda olan “Turan Tovuz” 501 komanda siyahısında yer almayıb. 

Qeyd edək ki, dünya reytinq cədvəlinə 507 xalla “Real Madrid” klubu başçılıq edir.   

Namiq HUN

tag: Sabah,Futbol,Klub,Reytinq,Todaypress.az,