IFFHS ilin ən yaxşı bombardirlərini açıqladı

İdman

03.01.2025 16:13

2024-cü ildə milli çempionatların yüksək liqalarında ən çox qol vuran futbolçular məlum olub.

TodayPress xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS)  ən azı 22 qol vuran futbolçuların siyahısını açıqlayıb.

Sıralamaya Viktor Gyökereş başçılıq edir. İsveçli hücumçu “Sportinq” klubunun heyətində 36 qol vurub.

İkinci yerdə uruqvaylı Peruda “Sportinq Kristal”la 35 qola imza atan Martin Kauteruççiodur. Çinli Vu Ley isə “Şanxay Port”da 34 dəfə fərqlənib.

Harri Keyn 29 qolla 5-ci, Erlinq Holand 27 qolla 8-ci, eyni sayda fərqlənən Robert Levandovski 9-cu olub. 

Siyahıda 25 qol vuran Kriştiano Ronaldo 17-cidirsə, Lionel Messinin adı tamamilə yoxdur.

Qeyd edək ki, Azərbaycan çempionatında əjdaha ilinin ən yaxşı bombardirləri hərəyə 12 dəfə fərqlənən Leandro Andrade, Nəriman Axundzadə və Toral Bayramovdur.

Namiq HUN

tag: Ronaldo ,Messi, Statistika ,Toral Bayramov ,todaypress.az,