IFFHS ən yaxşı klub məşqçisi adına namizədləri açıqladı
İdman
28.10.2024 11:40
Dünyanın ən yaxşı klub məşqçisi adına namizədlər məlum olub.
TodayPress xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin mükafatlarına iddiaçıları açıqlayıb.
Kişilərdən ibarət klubların məşqçiləri arasında ən yaxşı olmağa 20 namizəd var:
Karlo Ançelotti, Edin Terziç, Tomas Tuxel, Luis Enrike, Pep Qvardiola, Mikel Arteta, Dieqo Simeone, Unay Emeri, Xabi Alonso, Simone İnzaqi, Can Pyero Qasperini, Dario Rodrigez, Marselo Qalyardo, Artur Jorge, Qabriel Milito, Gilyermo Almada, Marsel Koller, Ernan Krespo, Jorge Jesus, Albert Riera.
Qadın komandalarını çalışdıran mütəxəssislərdən isə 10-u mükafata namizəddir:
Sonya Bompastor, Artur Elias, Conatan Qiraldez, Emma Hayes, Aleksander Straus, Seb Hines, Xuan Amoros, Milaqros Martines, Xuan Karlos Kaço, Cerri Tsabalala.
Qeyd edək ki, ən yaxşılar IFFHS-in ölkələr üzrə nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək.
Namiq HUN
tag: IFFHS, Məşqçi, Mütəxəssislər, Namizədlər, todaypress.az,