IFFHS dünyanın ən yaxşı qolkiperinin adını açıqladı
İdman
17.12.2024 10:16
2024-cü ilin ən yaxşı qapıçısının adı məlum olub.
TodayPress xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları federasiyası (IFFHS) ölkələr üzrə nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.
Argentina millisinin və İngiltərənin “Aston Villa” klubunun qapıçısı Emiliano Martines 167 xalla hamını qabaqlayıb.
Aktivində 91 xalı olan “Atletik”in ispaniyalı əlcək sahibi Unay Simon ikincidir. İlk üçlüyü 55 xalla Gürcüstan millisinin və “Valensiya” klubunun futbolçusu Georgi Mamardaşvili tamamlayır.
Qeyd edək ki, Emiliano martines 2022 və 2023-cü illərdə ikinci yeri tutub.
Namiq HUN
tag: Martines,Valensiya ,Unay Simon, Atletik, todaypress.az,