IFFHS dünyanın ən yaxşı gənc futbolçularından ibarət rəmzi komandanı açıqladı
İdman
29.12.2024 16:40
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ildə dünyanın ən yaxşı gənc futbolçularından ibarət rəmzi komandanı açıqlayıb.
TodayPress xəbər verir ki, siyahıya yaşı 20-dən aşağı olan futbolçular daxil edilib.
Türkiyə millisinin və İspaniyanın "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Gülərin də yer aldığı heyəti təqdim edirik:
Qapıçı: Qiyom Rest (Fransa)
Müdafiəçilər: Riko Lyuis (İngiltərə), Po Kubarsi (İspaniya), Leni Yoro (Fransa)
Yarımmüdafiəçilər: Arda Gülər (Türkiyə), Kobbi Maynu (İngiltərə), Uorren Zair-Emeri (Fransa), Joau Neveş (Portuqaliya)
Hücumçular: Lamin Yamal (İspaniya), Savinyo (Baziliya), Alexandro Qarnaço (Argentina).
tag: IFFHS,Real,Arda Gülər,Qiyom Rest,Riko Lyuis,Po Kubarsi,todaypress.az,