IFAB “saf oyun vaxtı”na keçidi araşdırır
Futbolda oyun vaxtı azaldıla bilər.
TodayPress xəbər verir ki, Londonun “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta tezliklə futbol matçlarında oyun vaxtının azaldılması istiqamətində dəyişiklik ola biləcəyini deyib.
“Yaxın gələcəkdə daha qısa futbol matçları görmək üçün real ehtimal var. Biz artıq Çempionlar Liqasının dəyişdirilmiş formatını almışıq. Ona görə başqa dəyişikliklərin də olması tamamilə mümkündür”.
Daha əvvəl KİV-də FİFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) matçların vaxtının 60 dəqiqəyə endirilməsi variantını nəzərdən keçirdiyi, “saf oyun vaxtı”na keçidlə bağlı məlumatlar yayılıb.
Namiq HUN
tag: FİFA, İFAB, Futbol, Real, todaypress.az,