İdmançını əlil arabasında təxliyyə etdilər
Dünya 129-cu tennisçisi Françeska Cons görüş zamanı huşunu itirərək korta yıxılıb.
TodayPress xəbər verir ki, hadisə Kolumbiyada baş verib.
Cons Boqota turnirində argentinalı tennisçi Xulia Riera ilə görüşün gedişində (2:6, 7:5, 3:5) qəfildən özünü pis hiss edərək yıxılıb.
Britaniyalı raketka ustasına kortdaca təcili tibbi yardım göstərilib.
Daha sonra o, huşsuz vəziyyətdə əlil arabasında arenadan çıxarılıb.
Qeyd edək ki, Françeska Cons doğuşdan genetik xəstədir.
Namiq HUN
tag: Françeska Cons,Tennis,Tibbi yardım,Turnir,Todaypress.az,