İdmançımız ağırlıqqaldırma üzrə dünya birinciliyində iştirak etdi
Azərbaycan təmsilçisi İspaniyanın Leon
şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyində
iştirak edib.
TodayPress xəbər verir ki, 81 kq çəki dərəcəsində qüvvəsini
sınayan Ravin Alməmmədov körpücük üzərinə qalxıb.
Atletimiz toplam 326 kq (145+181) nəticə ilə 9-cu yeri
tutub.
Qeyd edək ki, yarışda 67 ölkədən 367 (168 qadın + 199
kişi) idmançı iştirak edir.
tag: İdman,İspaniya, Azərbaycan, Leon, Ravin Alməmmədov, todaypress.az,