İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar
İdman
27.11.2024 20:05
Azərbaycan idmançıları
Özbəkistanın Andijan şəhərində peşəkar qol güləşi liqasının final mərhələsinin
seçim turunda 3 qızıl medal qazanıblar.
TodayPress xəbər verir ki, bu barədə Gənclər və İdman
Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təmsilçilərimizdən Azər Məhərrəmov (115 kq), Ağaseyid
Aslanov (105 kq) və Toğrul Şahlarlı (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar.
İdmançılarımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay
şəhərində təşkil olunacaq final mərhələsində dünyanın ən güclüləri ilə mübarizə
aparacaqlar.
tag: Özbəkistan, Azərbaycan, İdman, Andijan, Azər Məmmədov, todaypress.az,