İdmançılarımız İsveçdə xizək sürdülər
İsveçdə Xizək Alpinizmi üzrə Dünya Kuboku keçirilib.
TodayPress xəbər verir ki, Tromso qəsəbəsində baş tutan yarışda Azərbaycanı Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil ediblər.
Xizək Alpinizmi üzrə milli komandanın üzvləri Dünya Kubokunun finalında iştirak ediblər.
Nəticələrə əsasən Nəzrin Qəribova 19 ölkədən olan 42 idmançı arasında yarışın sprint növü üzrə 29-cu, Seyid Sədrəddinov isə 62 idmançı arasında 51-ci yerə sahib olub.
Namiq HUN
tag: İsveç,Xizək,Turnir,Azərbaycan,Todaypress.az,