İdmançılarımız Dünya Kubokunda iki bürünc medal əldə etdilər

İdman

26.11.2024 01:15

Azərbaycan idmançıları Qazaxıstanın Türkistan vilayətində keçirilən qazax güləşi üzrə böyüklər arasında Dünya Kubokunda iki bürünc medal qazanıblar.

TodayPress xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təmsilçilərimizdən Elşən Dünyamalıyev (55 kq) və Adil Adilzadə (82 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

tag: İdman, Bürünc Medal,Azərbaycan, Qazaxıstan, Türkistan, Adil Adilzadə, todaypress.az,