İdmançı olimpiadaya qatılmaq üçün barmağını kəsdi - FOTO
İdman
19.07.2024 12:02
Avstraliyalı otüstü hokkeyçi Mett Douson Paris Yay Olimpiya Oyunlarına yollanmaq üçün barmağını amputasiya etdirib.
TodayPress xəbər verir ki, üzük barmağını sındıran idmançının olimpiadanı buraxmaq təhlükəsi yaranıb. Lakin o, gipsə salmaq əvəzinə zədəli barmağının yuxarı hissəsini amputasiya etdirib.
“Cərrahla görüşmək qərarına gəldim. Təkcə olimpiadada iştirak xatirinə deyil, həm də gələcək həyat naminə. Ən yaxşı seçim barmağın yuxarı hissəsini kəsmək idi” deyə Douson bildirib.
Namiq HUN
tag: Olimpiada, Cərrah, Douson, Avstraliya, Paris Yay Olimpiya Oyunları, todaypress.az,