İdman tarixinin ən böyük müqaviləsi
İdman
09.12.2024 13:27
Dominikanlı beysbolçu Xuan Soto MBL liqasında ən böyük müqaviləyə imza atıb.
TodayPress ESPN-ə istinadən xəbər verir ki, o, "Nyu York Mets" klubu ilə 15 il müddətinə 765 milyon dollar məbləğinə anlaşıb.
İdmanda əvvəlki maaş rekordu 2023-cü ilin dekabrında "Los Anceles Docers" klubu ilə 10 il müddətinə 700 milyon dollarlıq müqavilə imzalayan yaponiyalı Shohei Ohtaniyə məxsus idi.
Xuan Sotonun müqaviləsində məbləğin 800 milyon dollara çata biləcəyi ilə bağlı bəndlər, həmçinin 5 ildən sonra müqavilədən çıxmaq kimi seçimi də var.
Namiq HUN
tag: Müqavilə, Beysbol, Tarix, Milyon,todaypress.az,