İdman naziri Sena çayında çimdi
İdman
13.07.2024 12:40
Fransanın idman naziri Ameli Udea-Kastera Parisdə keçiriləcək Olimpiya Oyunları öncəsi Sena çayında üzmək vədini yerinə yetirib.
TodayPress xəbər verir ki, onu bu təşəbbüsünü Paralimpiya Oyunlarında Fransa komandasının bayraqdarı olacaq triatlonçu Aleksis Hankinkant dəstəkləyib.
“Olimpiadaya hazır olacağımızı demişdik. Hazırıq. Bu heyrətamizdir. Mən çox təsirləndim. Məni son dörd il ərzində dövlət xidmətləri və icmalar tərəfindən görülən işləri göstərmək ideyası ilhamlandırdı” deyə Udea-Kastera bildirib.
Daha əvvəl Senadakı suyun keyfiyyətinin kifayət qədər yaxşı olmadığı qeyd olunmuşdu. Paris meriyasının iyunun 28-də dərc etdiyi analitik hesabatlara görə, çay hələ də çox çirklidir.
Qeyd edək ki, Sena çayında Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi, həmçinin triatlon, üzgüçülük üzrə marafon və paratriatlon yarışları keçiriləcək. Güclü yağışlar zamanı təmizlənməmiş su - yağış suları ilə çirkab sularının qarışığı çaya düşə bilər. Ehtiyat planı keçirilmə yeri dəyişilmədən yarışın bir neçə gün təxirə salınmasını nəzərdə tutur.
Namiq HUN
tag: Nazir, Sena Çayı, Yağışlar,Plan, Paris 2024, todaypress.az,