İdman gimnastlarının Antalya sınağı
İdman gimnastikası üzrə Azərbaycan yığma komandası Türkiyəyə yola düşüb.
TodayPress xəbər verir ki, millimiz martin 21-də Antalya şəhərində start götürəcək və 3 gün davam edəcək Dünya kubokunda mübarizə aparacaq.
Yarışda Azərbaycanı Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva təmsil edəcəklər.
İdman gimnastları fərdi yarışlarda mükafatlar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Antalya turniri Dünya kuboku seriyasının üçüncü mərhələsidir.
Namiq HUN
tag: Azərbaycan,Gimnastlar,Komanda,Antalya,Dünya,Kubok,Todaypress.az,