İdman gimnastları Daşkənddə üçüncü oldular

İdman

14.11.2024 14:05

1051

Özbəkistanda idman gimnastikası üzrə “Velvet Road” adlı beynəlxalq turnir keçirilib.

TodayPress xəbər verir ki, Daşkənd turnirində Azərbaycanı kişilərdən ibarət komanda təmsil edib. 

Heyəti Nikita Simonov, Mənsum Səfərov, Rəsul Əhmədzadə və İvan Tixonovdan ibarət olan “dördlük” “Velvet Road” turnirini bürünc medalla başa vurub.

Namiq HUN

tag: Daşkənd, Azərbaycan, Turnir,Velvet Road, Özbəkistan, todaypress.az,