İdman gimnastları 5 medal qazandılar
İdman
15.11.2024 18:30
İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanda keçirilən “Velvet Road” beynəlxalq turnirində 5 medal qazanıblar.
TodayPress Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Miryusif Əhmədzadə (gimnastika atı), Nikita Simonov (halqa), Aydın Əlizadə (halqa) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Əlizadə həmçinin Daşkənd turnirində gimnastika atı ilə hərəkətdə gümüş medalı hesabına yazdırıb.
Gimnastika atı ilə hərəkətin icrasında Tixonov bürünc medala layiq görülüb.
Namiq HUN
tag: Gimnastlar, Azərbaycan, Özbəkistan,Velvet Road,Turnir, todaypress.az,