İdman Arbitraj Məhkəməsinin qərarı necə olacaq?
İdman
13.01.2025 17:13
Türkiyənin "Hatayspor" klubu Azərbaycan millisinin futbolçusu Renat Dadaşova görə transfer qadağası ilə üzləşib.
TodayPress “Ajansspor” nəşrinə istinadən xəbər verir ki, Super Liqa klubunun Renat Dadaşov dosyesinə görə iki mövsüm yeni oyunçu ala bilməyəcəyi vurğulanıb.
“Hatayspor” İdman Arbitraj Məhkəməsinə müraciət etsə, qərardan asılı olaraq transferlərə yol açıla bilər.
Qeyd edək ki, hazırda “Ankaragücü” klubunda çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay təmsilçisinin formasını geyinib.
Namiq HUN
tag: Renat Dadaşov, Super , Liqa ,Klub, todaypress.az,