İdalqo ağciyər xərçənginə təslim oldu

İdman

01.03.2025 17:48

2961

"Yuventus"un sabiq futbolçusu 32 yaşında vəfat etdi   İtaliyanın “Yuventus”, İspaniyanın “Qranada”, “Kadis” və “Rasinq” klublarının sabiq futbolçusu Niko İdalqo vəfat edib.   

TodayPress xəbər verir ki, yarımmüdafiəçi 32 yaşında dünyasını dəyişib. 

İdalqo 2021-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparırdı.

Futbolçu elə bu səbəbdən karyerasını 2021/2022-ci il mövsümündə İspaniya “Estremadura”sında başa vurub. 

Qeyd edək ki, Niko İdalqo 2014 - 2017-ci illərdə “Yuventus”un oyunçusu kimi qeydiyyata alınsa da, “Kadis” və “Qranada”nın B komandasında icarə əsasında çıxış edib.

O, peşəkar karyerası ərzində 234 oyunda 15 qol vurub və 12 məhsuldar ötürmə edib.   

Namiq HUN

tag: Niko Hidalgo,Yuventus,Futbol,Vəfat,Todaypress.az,