IBU norveçli biatlonçuların çıxışını qiymətləndirdi
İdman
14.01.2025 18:36
Beynəlxalq Biatlonçular İttifaqı (IBU) norveçli idmançıların Almaniyanın Oberhof şəhərində keçirilən Dünya Kuboku mərhələsində Ukrayna bayrağı ilə çıxış etməsinə münasibət bildirib.
TodayPress xəbər verir ki, bu barədə “VseProSport” nəşri məlumat yayıb.
IBU rəsmiləri qeyd edib ki, həmrəylik jestlərinə icazə verilir və Ukrayna bayrağının nümayiş etdirilməsində qaydalara zidd heç bir hal yoxdur.
“Norveç idmançılarının bu jesti təşkilatın nizamnaməsinə və qaydalarına tam uyğundur” deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, Norveç biatlonçuları Sturla Holm Leqrid, Taryey və Yohannes Bö Oberhofda keçirilən Dünya Kuboku mərhələsində təqib yarışında ilk üç yeri tutublar. Yarışda altıncı nəticə göstərən ukraynalı idmançı Dmitri Pidrutçni mükafatlandırma mərasiminə Ukrayna bayrağı ilə qatılıb və norveçli biatlonçular da onunla birlikdə foto çəkdiriblər.
Xatırladaq ki, Beynəlxalq Biatlonçular İttifaqının qərarına əsasən, 2022-ci ilin mart ayından etibarən Rusiya idmançıları beynəlxalq turnirlərdə iştirak etmirlər.
Namiq HUN
tag: Norveç, İdmançı ,Ukrayna ,Kubok, Mərhələ, todaypress.az,