İbrahim 3 qat dünya çempionu oldu

İdman

14.10.2024 10:30

Xorvatiyada çimərlik güləşi üzrə mövsümə yekun vurulub.

TodayPress xəbər verir ki, Dünya Seriyasının Poreç şəhərində təşkil olunan final mərhələsində Azərbaycanı Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) təmsil edib.

İbrahim Yusubov (90 kq) A qrupundakı çıxışını maksimum nəticə ilə başa vurub. Təcrübəli güləşçimiz mərhələ yarışında moldovalı, ukraynalı və macarıstanlı rəqiblərinə qalib gəlib. Yarımfinalda Ukrayna güləşçisini üstələyən Yusubov həlledici görüşdə Moldovadan olan Trayan Kapatinə növbəti dəfə qalib gələrək final mərhələsinin qızıl medalını qazanıb.

Ramiz Həsənov (80 kq) isə A qrupunda fransalı, gürcüstanlı və serbiyalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Həmyerlimiz finala aparan yolda Yunanıstan güləşçisindən güclü olub. Həlledici görüşdə Moldova təmsilçisinə məğlub olan Həsənov final mərhələsini gümüş medalla başa vurub.

Yarış başa çatdıqdan sonra Dünya Seriyasının bütün mərhələlərinin xalları toplanıb və dünya mükafatçıları müəyyənləşib. İbrahim Yusubov (90 kq) titulunu qoruyaraq 3-cü dəfə dünya çempionu olub. Ramiz Həsənov (80 kq) isə yekun nəticəyə əsasən, dünya ikincisi olub.

Namiq HUN

tag: Ramiz Həsənov ,Yunanıstan ,Dünya Seriyası ,Moldova, Trayan Kapatin ,todaypress.az,