I Liqanın lideri qış planını açıqladı
İdman
02.01.2025 10:40
“Qəbələ” futbol klubunun qış hazırlıq planı məlum olub.
TodayPress xəbər verir ki, “qırmızı-qaralar” yanvarın 9-da bir araya gələcək.
Komanda qış təlim-məşq toplanışını Qəbələdə keçirəcək.
“Qəbələ” hazırlıq prosesində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Matçların vaxtı və rəqiblər barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, “Qəbələ” 11 turdan sonra 29 xalla I Liqanın lideridir.
Namiq HUN
tag: Oyun ,Matç, Komanda, Rəqib, todaypress.az,