“Hype Fighting Championship” turniri baş tutmadı
İdman
13.11.2024 09:18
Azərbaycanlı qaydasız döyüşçü Nəriman Abbasovun (77 kq) “Hype Fighting Championship” turniri çərçivəsində görüşü ləğv edilib.
TodayPress xəbər verir ki, Rusiyanın hüquq-mühafizə orqanları Moskvadakı Live Hallda təşkil edilən turnirin keçirilməsinə mane olublar.
Liqanın təşkilatçısı Məhəmməd Nosayevin oktaqondakı çıxışı zamanı yarışın dayadırılması tələb olunub.
Onlar Nəriman Abbasovun Marif Pirayevlə görüşünün hüquq-mühafizə orqanları ilə razılaşdırılmadığını bildiriblər.
Aparıcı texniki fasilə elan edib. Nosayev qara maskalıların müşayiəti ilə zaldan çıxarılıb.
“Hype Fighting Championship” turnirinin ləğv edilməsinə qərar verilib.
Namiq HUN
tag: Nəriman Abbasov, Marif Piriyev, Rusiya,Hype Fighting Championship, todaypress.az,