Huşunu itirən futbolçunun durumu açıqlandı
İtaliya A Seriyasının XXXII turunda “Udineze” ilə oyunda huşunu itirən “Milan”ın qolkiperi Mayk Menyanın son durumu açıqlanıb.
TodayPress xəbər verir ki, Milan təmsilçisinin üzvü Matteo Qabbia Menyanın vəziyyətinin yaxşı olduğunu bildirib.
“Biz hamımız həkimdən onun necə olduğunu soruşduq. Müayinə üçün xəstəxanaya aparıldığını və durumunun yaxşı olduğunu dedi”.
Qeyd edək ki, “Milan”ın fransalı qapıçısı Mayk Menyan komanda yoldaşı Aleks Ximeneslə toqquşduqdan sonra meydanı xərəkdə tərk edib.
Udine qarşılaşması “Milan”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Milan,Qapıçı,Mayk Menyan,Zədə,Todaypress.az,