Hüseynov "Səbail"də islahatlara başladı

İdman

15.11.2024 15:54

“Səbail”in yeni baş məşqçisi Cavid Hüseynov “dənizçilər”in düşərgəsində islahatlara start verib. 

TodayPress xəbər verir ki, o, klubun ən stajlı üzvlərindən sayılan Saleh Məmmədovu məşqçilər heyətində görmək istəmir.

“Turan Tovuz”u Bayıl klubuna dəyişən Hüseynov məşqçilər korpusunda Saleh Məmmədovu kimin əvəz edəcəyini tezliklə açıqlayacaq.

Qeyd edək ki, Saleh Məmmədov "Səbail" yarandığı vaxtdan klubda xidmət edib.

Namiq HUN

tag: Səbail, Saleh, Turan Tovuz, Cavid Hüseynov, Dənizçilər, todaypress.az,