Hüseynov dörd həftə yaşıl meydanlardan kənarda qalacaq

İdman

18.12.2024 15:45

Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Bədavi Hüseynov dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

TodayPress xəbər verir ki, müdafiəçinin arxa bud əzələsində problem aşkarlanıb.

33 yaşlı futbolçu “Sumqayıt”a qarşı matçda zədələnərək əvəzlənib.

Qeyd edək ki, “köhlən atlar”ın digər müdafiəçiləri Bəhlul Mustafazadə ilə Kevin Medinanın və yarımmüdafiəçi Aleksey İsayevin də təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. 

Namiq HUN

tag: Hüseynov, Milli, Sumqayıt, Matç, Müdafiəçi, todaypress.az,