Hüseynli “Astana” klubunun məşqçisi oldu

İdman

21.10.2024 10:11

Futzal üzrə Azərbaycan yığma komandasının qapıçısı Rövşən Hüseynli Qazaxıstanın “Astana” klubunun məşqçilər korpusunda yer alıb.

TodayPress xəbər verir ki, qolkiper paytaxt təmsilçisində qapıçılar üzrə məşqçi təyin olunub.

O, “Astana” klubunda qapıçı kimi çıxışını davam etdirəcək.

Qeyd edək ki, ötən mövsümü “Atırau”da keçirən Hüseynli “Astana”ya bu ilin iyul ayında keçib.

Namiq HUN

tag: Azərbaycan, Futzal, Astana,Rövşən Hüseynli,Atırau, todaypress.az,