Hummels “Roma”nı tərk edə bilər

İdman

16.11.2024 12:09

“Roma” klubunun almaniyalı müdafiəçisi Mats Hummelsin gələcəyi qeyri-müəyyəndir.

TodayPress xəbər verir ki, futbolçu qışa qədər oyun vaxtı ilə bağlı vəziyyətin düzəldilməsini gözləyir, əks halda klubu tərk edə bilər. 

35 yaşlı futbolçunun karyerasını bitirmək variantı da istisna edilmir.

Qeyd edək ki, Mats Hummels cari mövsüm cəmi 23 dəqiqə meydanda olub.

Namiq HUN

tag: Roma,Mats Hummels,Karyera, Almaniya, todaypress.az,