Hummels “Real”ı biabır etdi
İdman
01.11.2024 12:00
“Roma” klubunun müdafiəçisi Mats Hummels “Real Madrid”in “Qızıl top” mükafatını boykot etməsi barədə danışıb.
TodayPress xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
Qeyd edək ki, “kral klubu” Vinisiusun yox, Rodrinin qələbə qazandığı ilə bağlı mətbuatda yer alan məlumatlardan sonra mükafatlandırma mərasimindəki nümayəndə heyətini ləğv edib.
“Səsverməni qazanmadığınız zaman “hörmətsizlik” kimi sözlərdən istifadə etməyin. Bu, sadəcə başqalarına qarşı hörmətsizlikdir, Donald Trampın davranışı kimi bir şeydir.
“Real”dan birinin bu mükafata layiq olduğuna şübhə yoxdur. Amma başqa böyük oyunçular da var ki, onlar da yaxşıdır və onlara hörmət etməmək ayıbdır” Hummels bildirib.
Namiq HUN
tag: Hummels, Kral Klubu, Vinisius, Rodri, Səsvermə, todaypress.az,