Hücumçu “Hannover”in radarına düşdü
Almaniya Bundesliqasında çıxış edən iki klub Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlanır.
TodayPress xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Hücumçu “Nürnberq” klubundakı çıxışı ilə diqqət mərkəzindədir.
Son oyunlarda göstərdiyi performansla Bundesliqa klublarının marağını cəlb edən futbolçunun mövsümün sonunda klubunu dəyişməsi ehtimalı artır.
Emreli, son 3 oyunda 4 qol vuraraq komandasının hücum xəttində əsas fiqura çevrilib. O, “Fortuna” ilə qarşılaşmada əla performans göstərərək 96% dəqiq ötürmə və 65% uğurlu ikili mübarizə statistikası ilə diqqət çəkib.
Məlumata görə, ən azı iki Bundesliqa klubu Emreli ilə maraqlanır. Bunlardan biri “Hannover” klubudur.
Digər klubun adı hələ açıqlanmayıb. Emreli özü də Almaniyada qalmaq və Bundesliqada oynamaq istədiyini bildirib. Qeyd edək ki, Emrelinin "Nürnberq"lə müqaviləsi bu yay başa çatır.
Klub 27 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq istəsə də, onun Bundesliqa klublarından gələn təklifləri nəzərə alaraq qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, mövsümün əvvəlində “Nürnberq”ə keçən Mahir Emreli II Bundesliqada 7, Almaniya Kubokunda 1 qola imza atıb.
Namiq HUN
tag: Mahir Emreli, Nürnberq, Almaniya, Bundesliqa, todaypress.az,