Holandın 120 milyon avroluq tələbi
İdman
03.10.2024 18:05
Erlinq Holand tezliklə “Mançester Siti” ilə müqaviləsini uzada bilər.
TodayPress TEAMtalk-a istinadən xəbər verir ki, hücumçunun yaxın illərdə “Mançester Siti”ni tərk edəcəyi də ehtimal edilir.
Norveçli hücumçu yeni müqaviləyə 120 milyon avroluq satınalma variantının daxil edilməsini istəyir.
Bu isə Holanda ümumilikdə öz taleyini idarə etməyə imkan verəcək.
Belə ki, 120 milyon avro qiymət etiketi futbolçunun statusunu nəzərə alaraq, top klublar üçün münasibdir.
Qeyd edək ki, Erlinq Holandın adı “Real Madrid”, “Barselona” və PSJ kimi klublarla hallandırılır.
Namiq HUN
tag: Norveç, Erlinq Holand ,Real Madrid ,Barselona, PSJ,todaypress.az,