Holand üçün mövsüm bitdi
“Mançester Siti” klubunun futbolçusu Erlinq Holand mövsümü erkən bitirib.
TodayPress xəbər verir ki, norveçli forvard Premyer Liqanın qalan turlarında meydana çıxa bilməyəcək.
Holand İngiltərə kubokunun 1/4 final mərhələsinin “Bornmut”la qarşılaşmasında zədələnib.
Ayaq biləyini əzən futbolçu stadionu əsanın köməyi ilə tərk edib.
Erlinq Holand ən yaxşı halda iyunun 15-də start götürəcək klublararası dünya çempionatında “Mançester Siti”nin formasını geyinəcək.
Namiq HUN
tag: Erlinq Holand,Mançester Siti,Zədə,Futbol,Matç,Todaypress.az,