Holand “Siti”nin cəzalandırılacağından qorxmur

İdman

23.03.2025 16:30

1288

Erlinq Holand “Mançester Siti”nin maliyyə pozuntularına görə cəzalandırılacağından narahat olmadığını bildirib.

TodayPress xəbər verir ki, əvvəllər “şəhərlilər”ə qarşı 115 müxtəlif maliyyə qaydalarının pozulması ilə bağlı ittiham irəli sürülüb.

Holand yanvarda “Siti” ilə müqaviləsini 9,5 illik uzadıb.

“Müqaviləmi 9 il yarım uzadanda narahat olmadım. Bu sövdələşməyə niyə imza atdığımı 300 dəfə izah etmişəm. Klubla danışdım, yaxşı hisslər keçirdim və sonda razılaşdım” Holand deyib.

Namiq HUN

tag: Erlinq Holand,Mançester Siti,Futbol,todaypress.az,