Holand rekord qırdı
İdman
11.10.2024 09:48
Erlinq Holand Norveç yığmasının ən sərrast futbolçusu olub.
TodayPress xəbər verir ki, milli komandada 34-cü qolunu vuran forvard Yörgen Yuveni arxada qoyub.
Holand UEFA Millətlər Liqasının III turunda Sloveniyanın qapısına 2 qol vurmaqla adından söz etdirib.
O, qarşılaşmanın 10-cu və 62-ci dəqiqələrində fərqlənib.
Nəticədə 34 qol həddinə çatan hücumçu Norveç millisinin rekordçusu olub.
Namiq HUN
tag: Erlinq ,Holand Norveç,UEFA ,Sloveniya,todaypress.az,