Holand Premyer Liqaya şok yaşatdı

İdman

21.09.2024 14:20

2760

"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 4 tur ərzində digər komandalardan daha çox qol vurub.

TodayPress xəbər verir ki, norveçli futbolçu hazırda 9 qolla bombardirlər siyahısına başçılıq edir.

“Şəhərlilər”in hesabında 11 qol var. 

Premyer Liqada “Mançester Siti” təmsilçisindən sonra ən çox qol vuran komanda "Çelsi"dir (8). Belə olan halda, Holand digər Premyer Liqa klublarını qol baxımından üstələyir.

Namiq HUN

tag: Mançester Siti, İngiltərə ,Liqa ,Erlinq Holand , Klub, todaypress.az,