Holand Premyer Liqada adından söz etdirdi
“Mançester Siti” klubunun hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasında Rud van Nistelroyun göstəricisini təkrarlayıb.
TodayPress xəbər verir ki, norveçli futbolçu ilk 3 mövsümündə 20 qol vurmaqla bu uğura nail olub.
Holand Premyer Liqanın XXVII turunda “Tottenhem”ə qarşı oyunda hesabı açıb.
Forvard əvvəlki mövsümlərdə müvafiq olaraq, 36 və 27 qol vurub.
Xatırladaq ki, niderlandlı hücumçu Rud van Nistelroy 2001-2004-cü illərdə ardıcıl 3 mövsümdə 20-dən çox qol vurub.
Namiq HUN
tag: Holand,İngiltərə,Liqa,Tottenhem,todaypress.az,