Holand “Mançester Siti”dən təklif aldı
İdman
18.11.2024 12:13
İngiltərənin “Mançester Siti” klubu ulduz hücumçusu Erlinq Holanda yeni müqavilə təklif edib.
TodayPress “Daily Mirror”a istinadən xəbər verir ki, yeni müqavilədə norveçli futbolçu üçün həftəlik 600 min avrodan çox maaş nəzərdə tutulur.
Yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.
Holand müqaviləni imzalasa, həftədə 500 min avro qazanan komanda yoldaşı Kevin De Bruyneni keçərək Premyer Liqada ən çox maaş alan futbolçu olacaq.
“Şəhərlilər”in Erlinqlə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Transfermarkt internet portalı 24 yaşlı hücumçunun transfer dəyərini 200 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Erlinq Holand cari mövsüm “Mançester Siti”nin heyətində bütün yarışlarda 16 oyun keçirib və 15 qol vurub.
Namiq HUN
tag: Holand, Erlinq, Hücum, Mançester Siti,Liqa, todaypress.az,