Holand “Mançester Siti”dən ayrılır?
“Mançester Siti”nin norveçli futbolçusu Erlinq Holand klubu tərk edə bilər.
TodayPress “El Nacional”a istinadən xəbər verir ki, hücumçu komandasının son nəticələrindən məyusdur.
24 yaşlı futbolçu klubunu dəyişmək imkanlarını nəzərdən keçirir. Avropa nəhənglərindən PSJ və “Bavariya” Holandla bağlı vəziyyəti diqqətlə izləyirlər.
Qeyd edək ki, forvard cari mövsüm “şəhərlilər”in heyətində bütün turnirlərdə 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.
Erlinq Holandın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin yayına qədərdir.
Namiq HUN
tag: Erlinq Holand,Mançester Siti,Futbol,Matç,Todaypress.az,