Holand dünyanın ən bahalı futbolçusu oldu
İdman
02.10.2024 04:04
Erlinq Holand dünyanın ən bahalı futbolçusu ünvanına sahib çıxıb.
TodayPress xəbər verir ki, transfermarkt portalı dünyanın aparıcı futbolçularının dəyərini açıqlayıb.
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holandın transfer qiyməti 180 milyon avrodan 200 milyon avroya yüksəlib.
Daha əvvəl Holand “Real Madrid”in üç futbolçusu – ingiltərəli Cud Bellinqem, braziliyalı Vinisius Junior və fransız Kilian Mbappe ilə dəyər baxımından birinci yeri bölüşürdü.
Reytinqin yenilənmiş versiyasından sonra norveçli forvardın transfer dəyəri artaraq onu dünyanın ən bahalı futbolçusu edib.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2022-ci ilin yayından “şəhərlilər”də çıxış edir. O, Mançester təmsilçisindəki debüt mövsümündə 53 oyunda 52 qol vuraraq Premyer Liqada qol rekordu qırıb. Erlinq Holand komanda ilə Çempionlar Liqasını, İngiltərə çempionatını və ölkə kubokunu qazanıb.
Bu mövsüm norveçli hücumçu "Mançester Siti"nin heyətində 8 oyunda 10 qol vurub. Ümumilikdə isə o, meydana çıxdığı 106 oyunda 100 qol vurub və 14 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Erlinq Holand,Mançester Siti,Real Madrid,Mbappe ,Bellinqem,todaypress.az,