Hokkeydə qeyri-adi təyinat: Qadın məşqçi iş başında
İdman
04.07.2024 10:34
Cessika Kempbell NHL klubunun ilk qadın məşqçisi olub.
TodayPress xəbər verir ki, mütəxəssis "Sietl Kraken"in baş məşqçisi Den Baylsmanın köməkçisi olub. Onlar daha əvvəl komandanın farm-klubunda birlikdə işləyiblər.
"Onun hokkeyçilər ilə müqavilə bağlamaq bacarığı işə götürülmə qərarında mühüm amil olub" deyə Baylsma bildirib.
Qeyd edək ki, "Sietl Kraken" klubu 2021-ci ildə təsis edilib. Ötən mövsüm komanda Qərb Konfransında 12-ci yeri tutub.
Namiq HUN
tag: Hokkey, Qadın Məşqçi, Sietl Kraken, Klub, Den Baylsman, todaypress.az,