Hidayət Türkoğlu TBF prezidenti seçildi

İdman

08.10.2024 17:50

Veteran basketbolçu Hidayət Türkoğlu yenidən Türkiyə Basketbol Federasiyasının (TBF) prezidenti seçilib. 

TodayPress xəbər verir ki, o, 133 səslə rəqibi Efe Aydını qabaqlayıb. 

46 yaşlı veteran basketbolçu üçüncü dəfə bu vəzifəni icra edəcək.

Türkoğlu ilk dəfə 2016-cı ildə keçirilən seçkilərdə qalib olub.

Qeyd edək ki, Hidayət Türkoğlu peşəkar karyerası ərzində Türkiyə ilə yanaşı, ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) da çıxış edib.

Namiq HUN

tag: Basketbol, Hidayət Türkoğlu ,Türkiyə ,ABŞ ,NBA ,todaypress.az,